“Gilavar Foto Klubu” tərəfindən yeni layihələr həyata keçirilib

“Gilavar Foto Klubu” tərəfindən yeni layihələr həyata keçirilib

“Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən “Azərbaycanın tarixi-mədəni abidələrinin rəqəmsallaşdırılması” mövzusunda layihələr həyata keçirilib.

2025-2026-cı illər ərzində ölkənin tarixi, mədəni və arxeoloji abidələrinə (qalalar, saraylar, qədim yaşayış məskənləri, kurqanlar, türbələr, körpülər, dini abidələr) dair məlumatlar toplanılıb, fotoçəkilişlər aparılıb və rəqəmsal arxiv formalaşdırılıb.

Layihə müddətində rəqəmsal platformalar – veb-sayt və mobil tətbiq hazırlanıb. Sözügedən rəqəmsal platformaların ictimaiyyətə təqdim olunması məqsədilə keçiriləcək təqdimat mərasimində sizi də öz aramızda görməkdən şərəf duyarıq.

Tədbirdə dövlət rəsmilərinin, millət vəkillərinin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Təqdimat mərasimi 11 iyun 2026-cı il tarixində saat 15:00-da Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 73 ünvanında yerləşən Simurq Plaza biznes mərkəzindəki Yaradıcı Mərkəzdə (Xətai metro stansiyasının yaxınlığında) keçiriləcəkdir.