Gürcüstan parlamentinin sədri istefa verib

Gürcüstan parlamentinin sədri istefa verib

Gürcüstan parlamentinin sədri Kaxa Kuçava istefa verib.

BusinessTime-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, spiker postunu Şalva Papuaşvili tutacaq.

Sədr K.Kuçavanın istefa səbəbini açıqlamayıb və onun qərarının hakim komandada məyusluq yaratdığını vurğulayıb.

Qeyd edək ki, K.Kuçava bu ilin aprelin 27-də parlament sədri seçilmişdi.