Nazirlik bu məktəb üçün bina icarəyə götürdü
Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsi Ceyranbatan qəsəbəsində məktəb üçün əmlak icarəyə götürüb.
İqtisadiyyat.az xəbər verir ki, idarə icarə ilə bağlı Zeynalova Qönçə Cavanşir qızı ilə müqavilə bağlayıb.
Müqavilədə Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəb üçün daşınmaz əmlakın icarəsi nəzərdə tutulub.
Müqavilənin müddəti açıqlanmasa da, icarənin məbləği 14 400 manat müəyyənləşib.

