Haluk Bayraktar: "Biz Qarabağı işğaldan azad edən qardaş Azərbaycanı dəstəklədiyimizə görə Kanada embarqo qoymuşdu"

Haluk Bayraktar: "Biz Qarabağı işğaldan azad edən qardaş Azərbaycanı dəstəklədiyimizə görə Kanada embarqo qoymuşdu"

"Biz Qarabağı işğaldan xilas etmək üçün mübarizə aparan qardaş ölkəmiz Azərbaycanı dəstəklədiyimiz üçün Kanada embarqo qoymuşdu".

BusinessTime xəbər verir ki, bunu Türkiyənin "Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar özünün tivter hesabında qeyd edib.

H.Bayraktar əlavə edib ki, hazırda onlar yerli istehsal məhsullardan istifadə edirlər:

İndi həm inventarımızda olan, həm də ixrac edilən milli Pilotsuz Uçuş Aparatlarında (PUA), "Aselsan tərəfindən hazırlanmış CATS milli elektro-optik sistemindən istifadə edirik".