Hər kəsdən Qanunun bu tələbinin rəhbər tutulmasını xahiş edirik

Hər kəsdən Qanunun bu tələbinin rəhbər tutulmasını xahiş edirik

Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən bu gün “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişiklik öz təsdiqini tapıb.

Dəyişikliyə əsasən kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmə tələbi aradan qaldırılmışdır.

Belə ki, kommersiya mübahisələri üzrə ilkin Mediasiya Sessiyasının (İMS) keçirilməsi bu gündən tələb olunmur.
Bununla belə nəzərə alınmalıdır ki, tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən kommersiya mübahisələri mediasiya vasitəsilə həll oluna bilər.

Yəni kommersiya mübahisələrinə yanaşma, mülki mübahisələrə olan yanaşma ilə eyniləşmişdir.

Tərəflərin istəyinə əsasən, könüllü olaraq kommersiya mübahisəsi üzrə Tam Mediasiya Sessiyası (TMS) keçirilə bilər.

Hər kəsdən Qanunun bu tələbinin rəhbər tutulmasını xahiş edirik.

Mediasiya Şurasının sədri
Nadir Adilov