Qubanın Xınalıq və Qrız kəndlərinə qar yağıb

Qubanın Xınalıq və Qrız kəndlərinə qar yağıb

Martın 7-si axşam saatlarından başlayaraq Quba və Qusarın ucqar yaşayış məntəqələrinə qar yağıb.

Qarın hündürlüyü Qubanın Xınalıq kəndində 6, Qrız kəndində isə 3 santimetr olub.

Hər iki yaşayış məntəqəsində mənfi 6 dərəcəyədək şaxta müşahidə edilib.