Hərbçimiz Laçında minaya düşdü - Vəziyyəti ağırdır

Hərbçimiz Laçında minaya düşdü

Müdafiə Nazirliyinin hərbi qulluqçusu Vüsal Cabbarov Laçın rayonunda minaya düşüb.

BusinessTime.az Gununsesi.info-ya istinadən xəbər verir ki, mina partlayışı nəticəsində hərbçimiz ağır yaralanıb.

Hərbçinin yaxınları onun ayaqlarından birinin amputasiya olunduğunu bildiriblər. Vəziyyəti ağır olan V.Cabbarov hazırda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına yerləşdirilib.