Hikmət Hacıyev Avropa rəsmisi ilə müzakirə APARDI

Hikmət Hacıyev Avropa rəsmisi ilə müzakirə

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin baş katibi Belen Martinez Karbonellə görüşüb.

 Bu barədə Aİ rəsmisi “X”də paylaşım edib.

“Biz Aİ-Azərbaycan münasibətlərini, Aİ-nin Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə dəstəyini və regional hadisələri müzakirə etdik. Aİ regionda sülh və tərəqqiyə sadiqdir”, - o bildirib.