I rübdə 11 mindən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 11 345 şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.
Məlumata əsasən, onların 60,2 %-ni kişilər, 39,8 %-ni isə qadınlar təşkil edib.


