İan Tayler BP-nin Direktorlar Şurasının sədri təyin edilib
Böyük Britaniyanın BP şirkəti İan Tayleri Direktorlar Şurasının daimi sədri təyin edib.
BusinessTime şirkətə istinadən xəbər verir ki, o, dərhal vəzifələrinin icrasına başlayacaq.
Məlumata görə, İ.Tayler bu ilin may ayında vəzifəsindən kənarlaşdırılan Albert Manifoldu əvəz edib.
Bundan başqa, o, 2025-ci ilin aprelində müstəqil direktor qismində BP-nin Direktorlar Şurasının tərkibinə daxil olub və bu il mayın 26-da müvəqqəti sədr təyin edilib.
Hazırda o, "Grafton Group plc" şirkətinin Direktorlar Şurasının sədri və "Anglo American plc" şirkətinin baş direktorudur. İ.Tayler bundan qabaq "Balfour Beatty" tikinti qrupuna rəhbərlik edib. (Report)


