İKTA işçi axtarır

İKTA işçi axtarır

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Market analyst vəzifəsi üzrə vakansiya elan edir.

Namizədlərə dair minimal tələblər:

• Ali, iqtisadi təhsil
• Tənzimləmə və nəzarət funksiyaları olan qurumlarda (requlyator) iş təcrübəsi;
• Məlumatların toplanması, saxlanılması və modelləşdirilməsi üzrə iş bacarığı
• İngilis dilində təhsil arzuolunandır
• Magistr dərəcəsi;
• Yüksək səviyyədə işgüzar İngilis dili biliyi;
• Microsoft Ofis proqramları ilə işləmə bacarığı (Word, Excel)
• Əlavə xarici dil biliyi;

Əlavə üstünlüklər:
• Bazarda rəqabətin qiymətləndirilməsi məqsədilə məlumatların toplanması və təhlili;
• Tendensiyaların müəyyənləşdirilməsi, strategiyaların hazırlanması;
• Analitik iqtisadi təhlil, bazar araşdırması və hesabatların hazırlanması üzrə bilik və bacarıqlar arzuolunandır;
• Telekommunikasiya sahəsində iş təcrübəsi arzuolunandır;

Vəzifə öhdəlikləri:
• İstehlakçılar, provayderlər və telekommunikasiya bazarının vəziyyəti haqqında məlumatları toplayaraq hesabatlar və təqdimatlar hazırlamaq;
• Rəqabət prinsiplərindən istifadə edərək elektron rabitə bazarlarının məhsul və coğrafi sərhədlərinin müəyyənləşdirilməsi;
• Xidmət təminatçısının bu cür bazarlarda əhəmiyyətli bazar gücünə (SMP) sahib olub-olmadığını müəyyən etmək üçün elektron rabitə bazarları daxilində rəqabətin miqyasının qiymətləndirilməsi;
• Müvafiq tənzimləyici öhdəlikləri/ müdaxilələri işləyib hazırlamaq və tətbiq etmək;
• Bazar tendensiyalarını anlamaq və potensial müştərilərin seçimlərini aşkar etmək üçün sorğular tərtib etmək;
• Statistik məlumatları toplamaq üçün müasir və ənənəvi metodlardan istifadə etməklə təhlil etmək;
• Onlayn bazar araşdırmasından istifadə etmək;
• Bazar trendləri, müxtəlif tərəflərin araşdırmaları və ən yaxşı təcrübələrini öyrənmək və tətbiq etmək;

Müraciət edən namizədlər arasından yalnız daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə iki mərhələdən – yazılı imtahan və (və ya) şifahi müsahibədən ibarət olmaqla keçirilə bilər. Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsinə “Market analyst” yazaraq [email protected] emailinə göndərə bilərlər.

Müvafiq kritetiyalara cavab verən namizədlər CV-lərini mövzu hissəsinə Market analysis yazaraq
https://icta.az/vacancy