Yeni Klinikada “Şəkərli diabet” mövzusunda seminar keçirilib

Yeni Klinikada “Şəkərli diabet” mövzusunda seminar keçirilib

TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada “Azərbaycan Endokrinoloqlar Dərnəyi” İctimai birliyinin təşkilatçılığı ilə “Şəkərli diabet” mövzusunda seminar keçirilib.

Seminarda Yeni Klinikanın direktoru Barat Yusubov, Azərbaycan Endokrinoloqlar Dərnəyinin sədri Xəyyam Eyvazov və müxtəlif tibb müəssisələrində fəaliyyət göstərən həkimlər iştirak edib.

Açılış nitqi ilə çıxış edən Barat Yusubov əvvəlcə hər bir Azərbaycan vətəndaşı üçün olduqca önəmli olan Prezident seçkilərində Cənab Prezident İlham Əliyevin yenidən prezident seçilməsinin xalqımızın taleyində önəmli bir hadisə olduğunu qeyd edərək hər kəsi təbrik edib.

Multidisiplinar yanaşmaları ortaya qoyan elmi-praktik konfrans, seminar və konqreslərin faydalı olduğunu qeyd edən direktor şəkərli diabet mövzusuna həsr olunmuş seminarın həkim-endokrinoloqların fəaliyyətində önəmli olduğunu qeyd edib.

Direktor Azərbaycanda şəkərli diabet xəstələrinin son 10 ildə 3 dəfə artdığını qeyd edərək rəsmi qeydiyyatdan keçən şəxslərin sayının 300 mini keçdiyini bildirib.

Xəstə nümunələri əsasında keçirilən seminar müzakirə və sual-cavab sessiyası ilə yekunlaşıb.