İlin sonunadək Xocavəndə 53 ailə köçürüləcək - Emin Hüseynov
İlin sonunadək Xocavəndə 53 ailənin köçürülməsi nəzərdə tutulub.
Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.
O bildirib ki, hazırda Xocavəndin eyniadlı kəndində tikinti-quruculuq işləri aparılır.