“İMZA” İctimai Birliyinin sədri səsvermə hüququndan istifadə edib

“İMZA” İctimai Birliyinin sədri səsvermə hüququndan istifadə edib

Məlum olduğu kimi, 07 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasında növbədənkənar prezident seçkiləri keçirilir.

“İMZA” İctimai Birliyinin sədri Xəyyam Əsgərov da seçkilərdə iştirak edib.

X.Əsgərov bugün keçirilən seçkilərlə bağlı fikirlərini bölüşüb:

"Əziz Millətimiz, bütün “İMZA” çılar!
Bu gün ölkəmizin həyatında tarixi gündür. Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Əlbəttə, xalqımız öz tarixi seçimini edərək məmləkətimizin yeni mərhələyə qədəm qoyduğu bu gün bir daha dünyaya milli qeyrət və təəssübkeşlik nümunəsi göstərir. Bu çox böyük keyfiyyətdir, Vətənə, ona həqiqi xidmət yoluna sadiq qalaraq qərar vermək. Azərbaycan xalqı dünyaya yüksək seçici mədəniyyəti göstərir. Biz də bu gün öz səsvermə hüququmuzu həyata keçirtdik. Güclü, qüdrətli və firavan Azərbaycan quran Liderdir, bütün “İMZA”çıların seçimi! Vətənə və Millətə xeyirli-uğurlu olsun".

Xatırladaq ki, bu seçkilər ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində keçirilir.