“İMZA”ya üzv olmaq üçün çoxsaylı müraciətlər daxil olur

“İMZA”ya üzv olmaq üçün çoxsaylı müraciətlər daxil olur

Bu gün “İMZA”nın sıraları daha da genişlənməkdədir. Vətəndaşlardan “İMZA”ya üzv olmaq üçün çoxsaylı müraciətlər daxil olmaqdadır. Bunu nəzərə alan “İMZA” İB-nin İdarə Heyəti həmin müraciətlərə baxılması barədə qərar qəbul edib.

Bu barədə “İMZA” İctimai Birliyinin sədri Xəyyam Əsgərov məlumat verib.

Onun sözlərinə görə, bu il artıq prosesə start verilib. Hazırda “Birliyin müasir dizayn və məzmuna malik yeni saytı hazırlanır. Arzu edənlər sayt vasitəsilə də üzvlük üçün müraciət imkanı qazanacaqlar. “İMZA”çılar 2024-cü ildə də bu istiqamətdə səylərini daha da artıracaqlar və artıq bu məqsədlə “İMZA” İB-nin “Yol xəritəsi” də hazırlanmaqdadır.