159,7 milyon dollarlıq pomidor ixrac edilib

159,7 milyon dollarlıq pomidor ixrac edilib

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədən 159,7 milyon ABŞ dolları dəyərində 146,3 min tondan çox pomidor ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 12,5 faiz və ya 17,8 milyon dollar, həcmi isə 23,1 faiz və ya 27,4 min ton artıb.

Cari ilin ilk 10 ayında pomidorun ümumi ixracda xüsusi çəkisi 0,74 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 5,35 faizə bərabər olub.