“InMerge” İnnovasiya Sammiti unikal platformaya çevrilib
“InMerge İnnovasiya Sammitində qlobal innovatorlarla bir araya gələrək texnologiya və kreativliyin yeni inkişaf yolları açması, insan kapitalının bilik və bacarıqlarını artırması ilə bağlı fikir mübadiləsi apardıq. Sammit innovativ ideyaları real imkanlarla birləşdirən unikal platformaya çevrilib.
Çağırışlarımız texnoloji potensialın, dayanıqlı biznes modellərinin gücləndirilməsi və innovasiyaların uzunmüddətli imkanlara çevrilməsidir.
Təşkilatçılara təşəkkür edir, sahibkarlara və tərəfdaşlara müzakirələri səmərəli layihələrə çevirməkdə uğurlar arzulayırıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

