"İnter Mayami"dən darmadağın: Messi dubl etdi
Sentyabrın 24-dən 25-nə keçən gecə MLS çərçivəsində "Nyu-York Siti" və "İnter Mayami" qarşılaşıb.
Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi qarşılaşmada dubla imza atıb. Digər qolları isə Luis Suares və Baltaras Rodriqes vurublar.
Bu qələbə ilə "İnter Mayami" 55 xalla üçüncü pilləyə qalxıb. "Nyu-York Siti" isə 53 xalla beşincidir.

