“İrəvanla Bakı əhəmiyyətli yardım göstərib”
“Bakı və İrəvan Rusiya vətəndaşlarının İrandan təxliyəsinə əhəmiyyətli yardım göstəriblər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) konsulluq departamentinin direktoru Aleksey Klimov TASS-a müsahibəsində bildirib.
“Həmvətənlərimizin İrandan təxliyəsinə Ermənistan və Azərbaycan əhəmiyyətli yardım göstəriblər. Belə ki, Bakı rusiyalılara 2020-ci ildən fərdi keçid üçün bağlanmış “Astara” sərhəd keçid məntəqəsindən istifadə etmək imkanı yaradıb”, - diplomat qeyd edib.


