Marc Philipp Gemballa Marsien GT: Porsche 959-dan ilhamlanan yeni yol superkarı

Marc Philipp Gemballa Marsien GT: Porsche 959-dan ilhamlanan yeni yol superkarı

Almaniyanın Marc Philipp Gemballa GmbH şirkəti tam ötürücülü Marsien superkarının inkişafını davam etdirir. Şirkət modelin yenilənmiş aerodinamik kuzov elementləri, yenidən sazlanmış asqı sistemi və təkmilləşdirilmiş mühərriklə təchiz olunan yol versiyası Marsien GT-ni təqdim edib. Mühərrikin gücü 900 at gücünü keçə bilər.

Marc Philipp Gemballa GmbH şirkətini 2021-ci ildə 1980-ci illərin əvvəllərində məşhur Gemballa tüninq atelyesini təsis edən Uve Gemballanın oğlu Mark Filipp Gemballa yaradıb.

Uve Gemballanın 2010-cu ildə faciəvi ölümündən sonra atelyenin yeni sahibləri olub və şirkət fəaliyyətini davam etdirib. Bununla belə, son illərdə yeni modellərin təqdimatı baş verməyib.