Jurnalistlər üçün təlimə start verildi

Jurnalistlər üçün təlimə start verildi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Asossasiyasının (AİKTSA) təşəbbüsü ilə media nümayəndələri üçün “Rəqəmsal Savadlılıq” adlı layihəyə start verilib.

Layihənin keçirilməsində əsas məqsəd jurnalistika sahəsində fəaliyyət göstərən media nümayəndələrinin İKT üzrə təhlil və analiz bacarıqlarını daha da inkişaf etdirilməsindən ibarətdir. Layihə çərçivəsində rəqəmsal savadlılıq bootcamp-in təşkili və tədrisi üçün peşəkar təlimçilərin və təcrübəli ekspertlərin cəlb olunması nəzərdə tutulmuşdur.

2 ay davam edəcək təlim proqramları iştirakçıların nəzəri və praktik bacarıqlarının artırılmasına həmçinin mediada İKT ilə bağlı maarifləndirici məlumatların düzgün şəkildə yayılmasına öz töhfəsini verəcək.

Layihə çərçivəsində media nümayəndələrinə əyani dərslərlə yanaşı praktiki dərslər də keçiriləcək. Təlimlərin nəticəsi olaraq AİKTSA-nın mütəxəssisləri tərəfindən iştirakçıların yekun qiymətləndirilməsi aparılacaq və media nümayəndələrinə sertifikatlar təqdim olunacaq.