Keçmiş rəisin məhkəməsi başlayır
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçmiş əməkdaşı Zülfüqar Mansurovun cinayəti işi üzrə ibtidai istintaq yekunlaşıb.
BusinessTime bildirir ki, Qaynarinfo-nun nəlumatına görə, iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Cinayət işinin məhkəmə istintaqı hakim Emin Axundovun sədrliyi ilə aparılacaq.
İttiham aktından məlum olur ki, Zülfüqar Mansurov torpaq sahələri ilə bağlı sənədləşdirmə və sonradan mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi məqsədilə vətəndaşlardan müxtəlif məbləğlərdə pul almaqda təqsirləndirilir.
Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin Zülfüqar Mansurov 2025-ci ilin noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


