Kibertəhlükəsizlik Akademiyasına qeydiyyat davam edir

Kibertəhlükəsizlik Akademiyasına qeydiyyat davam edir

2023-2024-ci illər çərçivəsində Kiber Təhlükəsizlik Platforması Kibertəhlükəsizlik Akademiyasının kurs və şəxsi inkişaf proqramlarına qeydiyyat mərhələsi başladı.

Kiber Təhlükəsizlik Platformasının əsas məqsədi ölkəmizin təhlükəsizliyinin təmin olunması və kadr potensialının artırılması istiqamətində bir çox layihə, təlim və şəxsi inkişaf proqramları təşkil etməkdir. Fəaliyyətlərinin əsas təməli gənclərin bu sahəyə olan bacarıqlarını ön plana çıxarmaq və onlara dəstək olmaqdır. Akademiya tədris proqramı daxilində “Cybersecurity Fundamental”, “Cybersecurity Professional”, GRC/ISO “Ethical Hacking” və “SOC Analyst” olmaqla 5 istiqamətdə təşkil olunmaqdadır.

Sonda kurs proqramlarının imtahanlarını uğurla bitirən şəxslər Sertifikat İnkişaf Mərkəzinin təqdim etdiyi “EC-Council” loqolu “EH-L1”, “EH-L2”, “IS-27001”, “SOC-L1”, “SOC-L2” sertifikatlarını ödənişsiz qazanma şansı əldə edirlər. Sertifikatlar yalnız imtahan nəticəsinə uyğun verilir.

Kibertəhlükəsizlik sahəsində inkişaf etmək və bacarıqlarını artırmaq istəyənlər bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, Kiber Təhlükəsizlik Platformasının təqdim etdiyi sertifikatlar və tədris metodları tanınmış beynəlxalq kibertəhlükəsizlik təşkilatı “EC-Council” (The International Council of Electronic Commerce Consultants) tərəfindən dəstəklənir və tanınır.

Xatırladaq ki, “EC-Council” (The International Council of Electronic Commerce Consultants) - kibertəhlükəsizlik üzrə təhsil, təlim və xidmətlər göstərən, sertifikatlaşdırma üzrə dünyanın aparıcı şirkətlərindən biridir. 2010-cu ildə “EC-Council” Pentaqon tərəfindən kompüter təhlükəsizliyi ilə bağlı işlərdə çalışan Müdafiə Departamenti işçilərinin təliminə nəzarət etmək üçün seçilib. 2023-cü ildən etibarən “EC-Council”in təqdim etdiyi “CEH” sertifikatı Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi daxilində bəzi kibertəhlükəsizlik funksiyalarını aparmaq üçün mövcud sertifikatlardan biridir. 2001-ci ildən bu günədək fəaliyyət göstərən “EC-Council” şirkəti dünyanın 150 ölkəsində kibertəhlükəsizlik üzrə 300 mindən çox sertifikat təqdim edib.