Şagirdlər və onların müəllimləri təltif olundular

Şagirdlər və onların müəllimləri təltif olundular

Cəlilabad rayon Ə.Həsənov adına Günəşli kənd 2 saylı tam orta məktəbdə Respublika Fənn Olimpiadasının rayon mərhələsində uğur qazanmış şagirdlər, onların valideynləri və müəllimləri ilə görüş keçirilib.

Şagirdlər və onların müəllimləri məktəb rəhbərliyi tərəfindən təltif olunub.

Xatırladaq ki, məktəbin 4 şagirdi Respublika Fənn Olimpiadasının rayon turunda uğur qazanmışdır:

1. Babayev Orxan - Coğrafiya (30 bal)
2. Həşimli Rüqəyya - Coğrafiya (52 bal)
3. Abasov Murad - Tarix (65 bal)
4. Musayeva Nəzrin - Tarix (65 bal)

Şagirdlərimizə RFO-nun növbəti turunda uğurlar arzulayırıq.