“Korean Air” Təl-Əvivə uçuşları dayandırıb

“Korean Air” Təl-Əvivə uçuşları dayandırıb

Cənubi Koreyanın əsas aviasiya şirkəti olan “Korean Air” Seuldan Təl-Əvivə bu həftəyə planlaşdırılan uçuşları HƏMAS yaraqlıları ilə İsrail arasında silahlı münaqişə səbəbindən ləğv edib.

Seul-Təl-Əviv uçuşları ləğv olunsa da, oktyabrın 10-na nəzərdə tutulan Təl-Əviv-Seul reysi hələ qüvvədədir. İsraildən Cənubi Koreyaya uçuşlar barədə qərar Təl-Əviv hava limanında vəziyyət təhlil olunduqdan sonra veriləcək.

Cənubi Koreya hökuməti silahlı toqquşmalarla əlaqədar vətəndaşlarına İsrailə getməməyi, İsraildəki koreyalıların isə oranı tərk etməyi tövsiyə edib. Ehtimala əsasən, İsraildə 570 Cənubi Koreya vətəndaşı yaşayır.