Bəzi rayonlarda ət ucuzlaşıb

Bəzi rayonlarda ət ucuzlaşıb

Son günlər bəzi rayonlarda kəsim məntəqələrində ətin qiymətində enmə müşahidə olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə rayonlardan biri Ağsudur. Satıcıların sözlərinə görə, əvvəllər 15, hətta 16 manata satılan dana ətinin 1 kiloqramının qiyməti hazırda rayon ərazisində 13-14 manata təklif olunur.

Ət satışı ilə məşğul olan Ulduz Allahyarov bildirib ki, qiymətin enməsinə səbəb heyvan bazarındakı ucuzlaşma ilə bağlıdır: “Son bir neçə gündə heyvanın diri çəkisinin qiymətində qeydə alınan ucuzlaşma ət dükanlarında da qiymətə təsir edib. Buna görə də hazırda kəsim məntəqələrində qiymətlər 1, bəzi yerlərdə 2 manat aşağı enib”.