Marketdən alınan toyuğun rəngi bişəndə dəyişdi - AÇIQLAMA

Marketdən alınan toyuğun rəngi bişəndə dəyişdi

Elşən Ağayev adlı vətəndaş mağazalardan birindən aldığı toyuğu bişirərkən məhsulun rənginin dəyişdiyini müşahidə edib.

O bildirib ki, toyuq bişdikdən sonra çəhrayı rəng alıb və yedikdən sonra səhhətində problemlər yaranıb: "İki toyuq aldım, evə gətirib bişirdim. Rəngi çəhrayı oldu. Yedikdən sonra özümü pis hiss etdim, ürəkbulanması yaşadım. Marketdən alanda toyuğun təzə olduğunu söyləmişdilər", - deyə o qeyd edib.

Məsələ ilə bağlı istehsalçı şirkətin açıqlaması isə belə olub:

"Toyuq məhsulunun çəhrayı rəngdə olmasının səbəblərini araşdırdıq. Buna saxlanma şəraiti, qidalanma, bişirmə forması səbəb ola bilər. Əsasən qarğıdalı ilə qidalanan toyuqlarda olan təbii piqmentlər səbəbi ilə qaynama zamanı həm ətin rəngi, həm də suyunun tonu çəhrayı görünə bilər. Bu, xüsusilə çolpalarda və ya məhsul birbaşa qaynar suya atıldıqda daha çox müşahidə olunur. Bu, təbii bir prosesdir və sağlamlıq baxımından heç bir təhlükə yaratmır. Toyuq tam şəkildə bişirildikdən sonra rahatlıqla istifadə oluna bilər. Məhsulda kənar qoxu, boz və ya yaşıl rəng kimi xarab olma əlamətləri yoxdursa, çəhrayı görüntü yalnız bişmə zamanı yaranan normal rəng dəyişikliyidir".

Ətraflı Baku TV-nin süjetində: