Mastercard yeni kampaniyaya başlayıb
Mastercard və BakıKart-ın açıq dövrəli tranzit ekosistemi “Transport Ticketing Global Awards 2026”da rəsmi olaraq finalçılar siyahısına seçilib. Sənayenin ən nüfuzlu beynəlxalq mükafatlarından olan bu mükafat mobillik, bilet satışı və ağıllı şəhər innovasiyasında üstün xidməti vurğulayır.
Mastercard və “K Group” tərəfindən BakıKart ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “Bakının rəqəmsal inqilabı: 60 milyon aylıq səyahətin maneəsiz açıq dövrəli ekosistemə keçidi” layihəsi “Best Smart Ticketing Programme – Single Operator or Authority” (More than 500k Daily Journeys) kateqoriyasında finalçılar siyahısına daxil edilib.
Yüksək həcmli tranzit innovasiyasında qlobal etalon
“Transport Ticketing Global Awards” dünyanın əsas şəhər nəqliyyatı sistemlərində qabaqcıl mobillik texnologiyalarını və genişmiqyaslı rəqəmsal transformasiyaları vurğulayır. Bakının iddiaçılar siyahısında olduğu kateqoriya böyük miqyasda fəaliyyət göstərən tranzit mühitlərini önə çəkir və bu da onu qlobal miqyasda ən rəqabətli mükafatlardan birinə çevirir.
Bu ilki finalçılar arasında Hindistan, Finlandiya, Səudiyyə Ərəbistanı və ABŞ-dən aparıcı nəqliyyat qurumları və texnologiya təminatçıları yer alır ki, bu da mükafatın beynəlxalq nüfuzunu sübut edir.
Bakı üçün təmassız mobillikdə yeni dövr
Bu nominasiya Bakının nəqliyyat şəbəkəsinin Mastercard texnologiyasının dəstəyi ilə inteqrasiya olunmuş, EMV yönümlü açıq dövrəli ekosistemə sürətli keçidini əks etdirir. Bu gün ekosistem hər ay sadə, maneəsiz bank kartı ödənişləri vasitəsilə hər ay təxminən milyonlarla səyahəti mümkün edir. Başqa sözlə, ayrıca səyahət kartlarına və ya hesab artırmalarına ehtiyacı aradan qaldırır.
“K Group” yerli sistem inteqratoru və tranzit texnologiyası təminatçısı kimi özünəməxsus həlləri ilə gündəlik əməliyyatları dayandırmadan şəhərin qapalı dövrəli nəqliyyat kartlarından təhlükəsiz, bank kartı əsaslı səyahət təcrübəsinə rahat keçidə töhfə verib.
Layihənin uğuru onun nəticə sürəti, tətbiq miqyası və Mastercard, BakıKart, Kapital Bank və texnologiya tərəfdaşları arasında etibarlı əməkdaşlığa söykənir. Bu da Bakını rəqəmsal mobillik sahəsində regionun liderlərindən biri kimi mövqeləndirir.
“1 qəpiyə bazar ertəsi səyahəti” ilə gündəlik səyahətlərin inkişafı
Layihənin uğuru ilə paralel olaraq Mastercard “1 qəpiyə bazar ertəsi səyahəti”ni də təqdim edib – sərnişinlər Mastercard təmassız kartından istifadə edərək bazar ertəsi günləri cəmi 1 qəpiyə ilk metro və ya avtobus səfərlərinə çıxıblar. Təşəbbüsün hədəfi gündəlik səyahətləri Bakı sakinləri üçün daha rahat və əlverişli etməkdir.
Bu proqram çərçivəsində sərnişinlərə həmçinin şəhərin mərkəzi yerlərində brendləşdirilmiş avtobuslarda pulsuz simit/qoğal və çay/qəhvə təqdim olunub – bu jest həftəyə daha xoş və nikbin bir başlanğıc etmək və ümumi gündəlik səyahət təcrübəsini təkmilləşdirmək üçün nəzərdə tutulub.
Mastercard haqqında
Mastercard dünya üzrə 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları və insanları dəstəkləyir. Müştərilərimizlə birgə hər kəsin inkişaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Biz geniş çeşiddə rəqəmsal ödəniş seçimlərini dəstəkləyir, əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız və yeniliklərimiz, tərəfdaşlıqlarımız və şəbəkələrimiz bir araya gələrək insanlara, bizneslərə və hökümətlərə ən böyük potensiallarını reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər dəsti təqdim edir.
www.mastercard.com

