Mayın pensiyaları ödənildi

Mayın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu mayın 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayının pensiyalarını ödəyib.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.