Sığorta ödənişləri "e-Sosial" platformasında görünəcək - YENİLİK

Sığorta ödənişləri "e-Sosial" platformasında görünəcək

"e-Sosial" platformasında yenilik olacaq.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun Pensiya və digər sosial ödənişlər üzrə təminat departamentinin müdiri Eyvaz İsmayılov DOST TV-nin efirində çıxışı zamanı məlumat verib.

O bildirib ki, platformada və tətbiqdə funksionallığın qurulması məqsədilə əlavə bir bölmə yaradılacaq:

"Proses yaxın vaxtlarda başa çatacaq. Bu bölmə vasitəsilə vətəndaş həm özünün, həm də çalışdığı müəssisənin ödədiyi sığorta haqqını görə biləcək".