Mediasiya təşkilatında Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib
Qazaxıstan Respublikası Manqistau vilayətinin nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Bakı 9 saylı mediasiya təşkilatında görüş keçirilib.
Nümayəndə heyətinin tərkibində Manqistau Regional Məsləhətinin sədri, regional Mediasiya Şurasının sədri Mataev Janbirbay Zhanibekoviç, Manqistau Ağsaqqallar Şurasının sədri, mediator Abdilov Onaybek Nurasıloviç, Vilayət Xalq Komissarları Məclisi Analar Şurasının sədri, mediator Cailxanova Amangul Abdigalievna, Xalq Komissarları Məclisi Respublika Mediasiya Şurasının sədr müavini, işgüzar məşqçi, peşəkar mediator Urozbayeva Gulmaidan Amanzholovna, Qazaxıstan Xalq Assambleyası Respublika Mediasiya Şurasının sədr müavini, biznes-məşqçi, peşəkar mediator, Astana Özbək Etnomədəni Mərkəzinin sədri, Milli Qurultayın üzvü, Qazaxıstan Xalqları Assambleyası Şurasının üzvü, Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin İctimai Şurasının üzvü, elmlər namizədi Pulatov Sherzod Abbozoviç, Manqistau Vilayəti Xalq Komissarları Məclisinin üzvü, “Bereket-F” MMC-nin direktoru, mediator Fətəliyeva Zarstta Axmedulahxovna, Mangistau Vilayəti Xalq Komissarları Məclisinin üzvü, "Integrated Solutions Group" TOO-nun direktoru, mediator Tağı Tağıyev, Mangistau vilayətinin Xalq Komissarları Məclisinin üzvü, “AdalTrade Service” MMC-nin direktoru, mediator Çuçayev Maqomedsala Saitmaqambetoviç, Manqistau Vilayət Məclisinin deputatı, regional Xalq Komissarları Məclisinin Analar Şurasının üzvü, mediator Aimurzaeva Raushan Nurgalievna yer alır.
Görüşdə Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova və Bakı 9 Saylı Mediasiya Təşkilatının direktoru Leyla Nəsibova iştirak edib.
Görüş zamanı iki ölkənin mediasiya institutları, fərqli və oxşar cəhətləri, eyni zamanda təcrübə mübadilələri şərtləri müzakirə olunub.
