Məhkəmə məcburi auditdən yayınan “Touchess” MMC ilə bağlı cərimə qərarı verdi
“Touchess” MMC məcburi auditdən yayındığına görə cərimələnib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq ednilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Touchess” MMC şirkəti 2019-cu ildə dövlət qeydiyyatına alınıb və həmin tarixdən fəaliyyətə başlamışdır. Nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Səbuhi Məmmədov Əmirxan oğludur. Şirkətin əsas fəaliyyəti rabitə, eletronika və digər avadanlıqlarının təchizatıdır.

