Mərkəzi Neftçilər Xəstəxanası bu layihəyə 1 milyon manat ayırdı

Mərkəzi Neftçilər Xəstəxanası bu layihəyə 1 milyon manat ayırdı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Mərkəzi Neftçilər Xəstəxanası” PHŞ transformator alacaq.

Plat.az-ın əldə etdiyi məlumata görə, transformatora xərclənəcək məbləğ 1 milyon 25 min manat ehtimal olunur. 

Qeyd edək ki, görülən işlər çərçivəsində 2 ədəd 3200 kVA gücündə transformatorun alınması və 6/0,4 kV transformatorun rekonstruksiya olunması planlaşdırılır.