Fərid Osmanov ona yüksək vəzifə verdi

Fərid Osmanov ona yüksək vəzifə verdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Məlumatların idarə edilməsi departamentinə direktor təyin edilib.

Plat.az-ın əldə etdiyi məlumata görə, bu vəzifə Şahməddin Abdullayevə həvalə olunub.

Ş.Abdullayev bundan öncə "PAŞA Bank" ASC-də Data analitikası üzrə rəhbər vəzifəsində çalışıb.

Qeyd edək ki, İRİA 2021-ci ildə yaradılıb. Qurumun İdarə heyətinin sədri Fərid Osmanovdur.