Millət vəkili Pirşağıda vətəndaşların növbəti qəbulunu keçirib

Millət vəkili Pirşağıda vətəndaşların növbəti qəbulunu keçirib

28 yanvar 2024-cü il tarixdə Milli Məclisin deputatı Azər Allahverənov Pirşağı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında qəsəbədə yaşayan vətəndaşların növbəti qəbulunu keçirib.

Qəbulda iştirak edən pirşağılılar ev şəraitinin, o cümlədən maddi vəziyyətin yaxşılaşdırılması, məhəllə küçələrinin qrunt sulardan təmizlənilməsi, məşğulluq imkanlarının artırılması və digər məsələlərlə bağlı müraciətlərini ediblər. 

Qaldırılan məsələlər aidiyyəti üzrə baxılması üçün müvafiq qaydada qeydə alınıb. Qəbulda iştirak edən vətəndaşların diqqətinə çatdırılıb ki, hər bir məsələyə ayrı-ayrılıqda baxılacaq və onların həll olunması istiqamətində zəruri addımlar atılacaq, aidiyyəti üzrə dövlət qurumlarına müraciətlər göndəriləcəkdir. Xüsusilə bildirilib ki, müvafiq qurumlara ediləcək bütün müraciətlər barədə vətəndaşlar aidiyyəti üzrə məlumatlandırılacaqlar.