Milli Qurtuluşa aparan yol

Milli Qurtuluşa aparan yol

Bu gün Azərbaycan cəmiyyəti üçün biz hansı hadisələrdən və necə qurtulduq sualı artıq mövcud deyil. Həmin dövr və hadisələri öz gözləri ilə görənlərdən, yaşayanlardan tutmuş  bu gün artıq hər kəs 15 iyunun Azərbaycan tarixində əhəmiyyətini gözəl bilirlər.

Bəli, Azərbaycan 15 iyun 1993-cü ildən etibarən özünün ən müasir tarixini başlayıb. Bu tarixi bizlər bəxş edən Vətənini, xalqını canından çox sevən ona həyatını həsr etmiş Ulu Öndər Heydər Əliyevdir. Ümumiyyətlə, Ulu Öndər elə bir tarixi şəxsiyyət idi ki, O, çox qlobal dairəli problemlərin qeyri-standart həlli yolunu tapa bilirdi. Sanki tarix, cəmiyyət və mühit bu şəxsiyyəti həyata ancaq bu problemləri həll etmək üçün yetirmişdir. Hələ dahi şəxsiyyət sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə Ölkəmiz geridə qalmış dövlətlər cərgəsindən çıxaraq sürətli inkişaf yoluna qədəm qoymuş, iqtisadiyyatımız, kənd təsərrüfatımız inkişaf etmişdir.

Onun dərin zəkası, uzaqgörən siyasəti nəticəsində hələ o dövrdə həyata keçirilmiş işlər, atılmış addımlar Azərbaycanın bu günü üçün önəm kəsb edən hadisələr olmuşdur. Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra çətin sınaqlarla üzləşmişdi. Rəhbərlikdə səriştəsiz adamların olması Azərbaycanı ciddi təhlükə qarşısında qoymuşdu. Ümummilli Liderin Azərbaycan və SSRİ rəhbərliyində olduğu dövrlərdə mənfur ermənilərin dillərinə belə gətirə bilmədikləri, artıq keçmişdə qalmış “Dağlıq Qarabağ” xülyası artıq özünü göstərməyə başlamışdı. Təəsüflə deməliyik ki, müstəqilliyimizin bərpasının ilk illərində və AXC-Musavat cütlüyünün hakimiyyəti dövründə baş verənlər nəinki hüquqi torpaqlarımızın itirilməsi ilə nəticələndi, həm də dövlət müstəqilliyimiz şübhə altına alındı. Hakimiyyət uğrunda gedən mübarizə, parçalanmaq niyyətində olan qüvvələrə verilən dəstək xalqımızı cana doyurmuşdu. Məhz bu anda qədirbilən xalqımız tarixi bir addım atmaqla Azərbaycanın gələcəyini qaranta aldı. O zaman Naxçıvanda olan Ulu Öndər Heydər Əliyev sözün əsl mənasında burada xarüqələr yaradırdı. Belə bir anda bütöv Azərbaycanı düşdüyü ağır durumdan ancaq böyük təcrübəyə malik, xalqın sevgisini qazanmış bir şəxsiyyət xilas edə bilərdi. Belə də oldu, Azərbaycan xalqının bir qrup nümayəndəsi xalqın ümumi istəyi və təkidli tələbi ilə Heydər Əliyevə müraciət ünvanladı. Heydər Əliyev vəziyyəti görür və gözəl bilirdi ki, Azərbaycan bu gedişlə məhv olmağa məhkumdur. Və Dahi şəxsiyyət xalqın səsinə səs verdi. Bütün məhrumiyyət və çətinliklərə baxmayaraq Naxçıvandan Bakıya gələrək 15 iyun tarixində Milli Məclisin sədri seçildi. Bununla da Azərbaycanın xilas tarixi-Milli Qurtuluş tarixi başlandı. Heydər Əliyevin istəyi güclü, qüdrətli və müasir tələblərə cavab verən bir dövlət modelinin qurulması idi ki, bu model həmişə uğur gətirir.

Bu gün Ulu Öndər Heydər Əliyev cismən aramızda olmasa da, Onun qurmuş olduğu dövlət yaşayır, inkişaf edir, günü-gündən qüdrətlənir. Ümumiyyətlə, Ümummilli Lider elə bir tarixi şəxsiyyət idi ki, O, çox qlobal dairəli problemlərin qeyri-standart həlli yolunu tapa bilirdi. Sanki tarix, cəmiyyət və mühit bu şəxsiyyəti həyata ancaq bu problemləri həll etmək üçün yetirmişdir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Ötən illər ərzində Azərbaycan Ulu Öndər siyasi kursunun layiqli varisi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində böyük inkişaf yolu keçib. Əminliklə deyə bilirik ki, bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır!.

Əlifağa İsgəndərov;
Neftçala rayon gənci, Vətən Müharibəsi iştirakçısı