Yeni memorandum imzalandı
Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək İctimai Birliyi və Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası arasında memorandum imzalandı.
Memorandum RMİD-in İdarə Heyətinin sədri Xəyalə Mütəllimova və Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli tərəfindən imzalandı.
Memorandumun əsas məqsədi Assosasiya ilə əməkdaşlıq edən məktəblərin reklam və marketinq sahəsinə marağı olan şagirdlərinə maarifləndirici istiqamətlərdə dəstək göstərmək və birgə layihələrin icra olunmasıdır.
Görüşdə, RMİD-in İdarə Heyətinin sədr müavinləri Afət İsmayılova, Dadaş Hüseynzadə, RMİD-in baş katibi Təhminə Vəliyeva, Beynəlxalq əlaqələr üzrə baş mütəxəsis İlkin Kərimov,RMİD-in üzvü Nigar Salamova, Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının üzvləri Könül Mustafayeva, Zeynəb Ələkbərova iştirak etmişdir.