"Nar" 15 milyon manatlıq yeni şirkət yaradıb

"Nar" 15 milyon manatlıq yeni şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Nar Telecom" MMC-ni dövlət qeydiyyatına alıb.

BusinessTime Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhər, Xətai rayonu, 8 Noyabr, ev.113, nizamnamə kapitalı 15 075 049 manat, qanuni təmsilçisi isə Elnur Şahid oğlu Abışzadədir.

Qeyd edək ki, şirkət “Azerfon” MMC ilə eyni hüquqi ünvanda qeydiyyatdan keçib.