"Neftçi TV"yə yayım lisenziyası verildi
!["Neftçi TV"yə yayım lisenziyası verildi](https://businesstime.az/uploads/images/2023/06/image_750x_6489a69bbed40.jpg)
Audiovizual Şura "Neftçi TV"yə yayım lisenziyası verib.
Bu barədə Şuranın iclasında qərar qəbul olunub.
Bildirilib ki, müzakirələrdən sonra "Neftçi Media" MMC-yə (televiziya redaksiya adı "Neftçi TV"), "TVNET Telecom" MMC-yə (televiziya redaksiya adları "TVNET Kino" və "TVNET Sport") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul edilib.