"NN Group"un baş direktoru təxminən 8 ildən sonra vəzifəsini tərk edəcək

"NN Group"da rəhbərlik dəyişikliyinə hazırlıq başlayıb. Sığortaçının baş direktoru 2027-ci ilin martında vəzifəsindən ayrılacaq.

"NN Group"un baş direktoru təxminən 8 ildən sonra vəzifəsini tərk edəcək
Foto: Intelligent Insurer

"NN Group"un baş direktoru təxminən 8 il bu vəzifədə çalışdıqdan sonra 2027-ci ilin martında postunu tərk edəcək. Bu barədə BusinessTime "Intelligent Insurer"ə istinadən xəbər verir.

Sığorta qrupunda rəhbərlik dəyişikliyi prosesinə başlanılıb. Şirkət baş direktor vəzifəsi üçün daxildən varis müəyyənləşdirib.

Mənbədə hazırkı baş direktorun və onu əvəz edəcək şəxsin adı açıqlanmır.