“PAŞA Bank” bu tədbirin sponsoru oldu

“PAŞA Bank” bu tədbirin sponsoru oldu

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsoru oldu.

19 sentyabr 2025-ci ildə Bakıda keçirilən bu tədbir “Formula 1 Azərbaycan Qran-prisi” ərəfəsində baş tutaraq qadınların avtoidman sahəsində rolunu və liderliyini vurğulayan beynəlxalq platforma yaratdı.

Tədbirin açılışında çıxış edən “PAŞA Bank”ın İnsan resursları üzrə baş direktoru Zibeydə Hacıyeva qeyd edib ki, bu təşəbbüs bankın qadın liderliyinə və müxtəlifliyə dəstəyinin daha bir nümunəsidir.

“PAŞA Bank” müxtəlif sahələrdə qadınların peşəkar inkişafı və sosial həyatda iştirakını dəstəkləyən layihələrin tərəfdaşı olaraq fəaliyyətini davam etdirir.