“Paşa Sığorta” təlim təşkil edib

“Paşa Sığorta” təlim təşkil edib

“Paşa Sığorta” ASC Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektoru, Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə birgə tələbələr üçün “Peşəkar təqdimatın əsasları” mövzusunda təlim keçirib.

Təlimdə BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov sektorun fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Sonra “Paşa Sığorta” ASC-nin əməkdaşı Leyla Cəfərli təqdimatın məqsədi, əsas prinsipləri (sadəlik, eleqantlıq, təbiilik), bu prosesdə təqdim edənin rolu (fasilitator, metodoloq, texnik, motivator, lider, müəllim, mediator, yumorist), uğurlu (təşviqetmə bacarığı, ünsiyyət bacarıqları, problemlərin həll edilməsi, etimad yaradılması) və uğursuz (mövzunu araşdırmamaq, auditoriyanı öyrənməmək, neqativə köklənmək, səs tonu, interaktivliyin olmaması) təqdimatlar haqqında tələbələri məlumatlandırıb.

Sonra iştirakçıların sualları cavablandırılıb.