"AzSığorta"da biznes daralması davam edir - yarım milyonluq azalma

"AzSığorta"da biznes daralması davam edir

“AzSığorta” ASC-də 2026-cı ilin yanvar-avqust aylarında sığorta yığımlarında azalma qeydə alınıb.

Şirkət hesabat dövründə 5,206 milyon manat sığorta haqqı toplayıb. 2025-ci ilin eyni dövründə isə bu göstərici 5,732 milyon manat təşkil edib.

Beləliklə, “AzSığorta”nın sığorta yığımları illik müqayisədə 526 min manat və ya 9,2% azalıb.

Şirkətin sığorta ödənişlərində də azalma müşahidə olunub. Belə ki, 2025-ci ilin yanvar-avqust aylarında 1,200 milyon manat olan ödənişlərin həcmi 2026-cı ilin eyni dövründə 1,247 milyon manata yüksəlib.

Nəticədə sığorta ödənişləri 47 min manat və ya 3,9% artıb.

Yığımların azalması fonunda ödənişlərin artması şirkətin ödəniş/yığım nisbətinə təsir edib. 2025-ci ilin ilk 8 ayında bu göstərici 20,9% olduğu halda, 2026-cı ilin eyni dövründə 24%-ə yüksəlib.

Başqa sözlə, “AzSığorta” bu ilin yanvar-avqust aylarında topladığı hər 100 manat sığorta haqqının təxminən 24 manatını sığorta ödənişlərinə yönəldib.

Beləliklə, şirkətdə yığımlar üzrə geriləmə davam edib. Sığorta portfelinin həcmi yarım milyon manatdan çox azaldığı halda, ödənişlərin artması ödəniş yükünün yüksəlməsinə səbəb olub.

Qeyd edək ki, “AzSığorta” ASC 2006-cı ildə yaradılıb. Xatırladaq ki, “AzSığorta” 2006-cı ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 20,3 milyon manatdır. “AzSığorta”nın səhmlərinin 100%-i Hikmət Abuzər oğlu İsmayılova məxsusdur. H. İsmayılov, eyni zamanda, “AFB Bank” ASC-nin 99,64%-lik, “Bank of Baku” ASC-nin isə 31,11%-lik səhmdarıdır. Mətbuatda yer alan çoxsaylı məlumatlardan (bugünə kimi təkzib olunmayıb) belə görünür ki, H.İsmayılov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.

Plat.az