Pedaqoq Leyla Məmmədova: "Uşaqları sevmək mənim üçün əsas amildir"

Pedaqoq Leyla Məmmədova: "Uşaqları sevmək mənim üçün əsas amildir"

Leyla xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim bu sahəyə marağım uşaqlıqdan olub. Pedaqoq olmaq arzum olub. Universitetdən sonra fəaliyyətə başlamışam. Hazırda ibditadi siniflərə aid olan bütün fənnləri həm ingilis, həm də rus dilində tədris edirəm. Baki-İstanbul liseyində çalışıram, eyni zamanda repititor kimi də fəaliyyət göstərirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- On ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Bu illər ərzində nə müşahidə etdiniz?
- Mən uşaqların psixoloji faktoruna daha çox üstünlük verirəm. Onlarda təhsilə həvəs yaratmağa çalışıram. İldən-ilə fərqli olur. İndiki şagirdlər öz haqlarını daha çox tələb etməyi bacarırlar. Biz də ona uyğunlaşmağa çalışırıq.
- Özünüzə məxsus bir dərs metodunuz varmı?
-  Mən dərslərin interaktiv keçirilməsinin tərəfdarıyam. Şagirdləri əyləndirərək öyrətmək lazımdır. Onda onlar yorulmayacaq və daha tez qavrayacaqlar.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim üçün əsas olan uşaqları çox sevməkdir. Hər bir uşağı öz övladım kimi sevirəm. Hər birinə də individual yanaşıram.
- Xarakter olaraq necə birisiniz?
- Pozitiv və mülayim insanam. Boş vaxtımı ailəm ilə keçirirəm . Sayəhət etməyi, kitab oxumağı sevirəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Valideynlərə demək istəyirəm ki, müəllimlərə güvənsinlər və etibar etsinlər. Çünki müəllimlik müqəddəs və şərəfli bir peşədir. Hər bir ixtisas sahibini müəllim yetişdirir. Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa. Ağlıma gəlməzdi ki, bu iş mənim həyatımın bir parçasına çevriləcək.