Pensiyalar ayın 14-dək ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların bu ayın 14-dək ödənilməsi nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun açıqlamasında bildirilib.
Rayonlarda qeydiyyatda olan və güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxslərin pensiyalarının isə bu ayın 20-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
Həmçinin ölkə üzrə sosial müavinətlərin bu ayın 22-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.


