Şamil Əliyev yeni vəzifəyə təyin edilib
Şamil Məmmədsaleh oğlu Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bu barədə əmr imzalayıb. Əmrə əsasən, Şamil Əliyev, həmçinin Naxçıvan Regional DOST Mərkəzinin direktoru vəzifəsinin səlahiyyətlərini icra edəcək.
Şamil Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetində “Menecment” ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunda başlayan Ş.Əliyev 2019-cu ildən fəaliyyətini DOST Agentliyində davam etdirir.
Vətən müharibəsi iştirakçısı olan Şamil Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.


