Prezident İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib
![Prezident İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib](https://static.report.az/photo/6fcf2fb6-3665-30f2-a206-20a69e4a873c_850.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.
"BusinessTime" xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq bildirilib.
Gürcüstanın müdafiə nazirinin ölkəmizə səfərinin əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.