Putinin səhhətində problem yaranıb?
Rusiya Prezidenti Vladimir Putinin yerli xəstəxanalardan birinə getməsi geniş müzakirələrə səbəb olub.
Məsələyə Rusiya prezdentinin mətbuat katibi Dmitri Peskov münasibət bildirib.
Peskov qeyd edib ki, Vladimir Putinin səhhətində problem yoxdur: "Rusiya prezidentinin səhhətində heç bir problem yoxdur. O, tibbi müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya gedib".