Qızılın qiyməti tarixi maksimumunu yenilədi

Qızılın qiyməti tarixi maksimumunu yenilədi

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr ayı üçün qızıl füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və hər Trua unsiyası üçün 3 800 ABŞ dolları göstəricisini keçib.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bunu ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 12:38-ə olan məlumata görə, qiymətli metalın qiyməti bir Trua unsiyası üçün 3 800.3 dollar təşkil edib (0.51% artım). Bakı vaxtı ilə saat 12:43-ə olan məlumata görə, qızılın qiyməti artımını sürətləndirib və bir Trua unsiyası üçün 3 803.8 dollar (0.61% artım) dəyərində alqı-satqı edilib.