Qubadlıda yeni yaşayış məhəlləsi tikilir

Qubadlıda yeni yaşayış məhəlləsi tikilir

“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Qubadlı şəhərinin 2-ci yaşayış məhəlləsi layihəsinin optimallaşdırılması üçün layihələndirmə xidmətlərinin satın alınmasını həyata keçirib.

Müvafiq işlərin görülməsi “TK Project” MMC-yə həvalə olunub. Bağlanmış müqavilənin dəyəri 230 min 100 manat təşkil edir.

Layihə çərçivəsində Qubadlı şəhərinin 2-ci yaşayış məhəlləsi üzrə mövcud layihə həllərinin optimallaşdırılması və layihələndirmə işlərinin aparılması nəzərdə tutulur. Banker.az